Respublika Uşaq Kitabxanasına ekskursiya

Yanvarın 28, 29-da məktəb-liseyin 2 və 3-cü sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış etdi, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı ətraflı məlumat verdi. Uşaqlar kitabxananın bütün şöbələrində oldular, kitabların kitabxana qaydası ilə işlənməsi, oxuculara verilməsi işi ilə bağlı informasiya əldə etdilər. Məktəblilərə nağıl otağında nağıl saatı keçirildi. Uşaqlar Azərbaycan nağıllarını dinlədi, müasir nağıllarımızı müzakirə etdilər. Kiçik oxu zalında danışan səsli gözdən əlillər üçün çap olunmuş brayl şriftli kitablar, disklər, pazllarla və s. tanış oldular. Əməkdaşlar kitabxana ilə bağlı uşaqları maraqlandıran bütün sualları cavablandırdılar. Sonda uşaqlara kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalı hədiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi