Milli Kitabxanada ekskursiya
28 yanvar 2020-ci il tarixində məktəb-liseyin VIII sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olmuşdular. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişdilər. Kitabxananın sərgi zalında yer almış "Yeni kitablar" sərgisi ilə tanış olmuş və onlara maraqlı olan suallara cavab almışlar. Milli Kitabxananın "Nadir kitablar" və "Kitabxana muzeyi" şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.
Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən "Açıq Kitabxana" ilə tanış olmuşlar