“Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin qalibləri

Bildiyimiz kimi, aprel ayının 26 - sı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin Bakı şəhəri üzrə final mərhələsi keçirildi.Final mərhələsində 24 komanda - 5, 18, 27, 39, 70, 97, 102, 107, 117, 156, 160, 186,192, 220, 225, 239, 240, 243, 253, 258, 278, 287, 299, 320 nömrəli tam orta məktəblərin komandaları iştirak etdi.Bakı şəhəri ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin final mərhələsində tərkibi 3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq kimya fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 praktiki işi yerinə yetirdilər.Nəticələrə əsasən, 320 nömrəli tam orta məktəbin komandası 45 balla I, 225 nömrəli tam orta məktəbin komandası 40 balla II, 299 nömrəli məktəb-liseyin komandası 39 balla III yerin sahibi oldular.240 nömrəli tam orta məktəbin, 220 nömrəli məktəb-liseyin və 287 nömrəli Zəkalar liseyinin komandaları 37 balla I dərəcəli, 102 nömrəli tam orta məktəbin komandası 35 balla, 278 nömrəli tam orta məktəbin komandası isə 33 balla II dərəcəli diploma layiq görüldülər.Bundan başqa, 39 nömrəli tam orta məktəbin və 70 nömrəli məktəb liseyin komandaları 32 balla III dərəcəli,160 nömrəli Klassik Gimnaziyanın komandası 31 balla III dərəcəli, 5 nömrəli tam orta məktəbin komandası isə 30 balla III dərəcəli diplomla təltif edildilər. 253 və 27 nömrəli tam orta məktəblərin komandaları 29, 117 nömrəli tam orta məktəbin komandası 28, 186 nömrəli tam orta məktəbin komandası isə 27 balla xüsusi diplomlara layiq görüldülər.Tədbirdə final mərhələsində iştirak edən bütün iştirakçılara Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən Sertifikatlar təqdim olundu. Qaliblər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi