Məktəb-liseyin 7B sinif şagirdi Mədinə Ağayevaingilis dili müəllimi Səbinə Eminovanın dəstəyi ilə 7 Mart tarixində keçirilmiş "TeenEagle Online English Language" (Teeneagle Online Ingilis dili) müsabiqəsində iştirak edərək " BRONZE MEDAL " ( Bürünc medal) qazanmış və beynəlxalq sertifikata layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlarının davamını diləyirik.
25 - 26 noyabr tarixlərində BƏƏ-nin Dubay şəhərində keçirilən bədii gimnastika üzrə "UAE CUP" beynəlxalq turnirində "Ocaq" sport klubunun gimnastı, məktəb-liseyin şagirdi Aylin Yusifli 2013-cü il təvəllüdlü gimnastların yarışında " Alətsiz, Top və Gürzlərlə" hərəkət üzrə 1ci yerin qalibi olmuşdur.