“Su qoruqçuları”Azərbaycan Respublikası Təhsil Nazirliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olmuş məktubda 10 – 17 noyabr 2015 – ci il tarixlərində PepsiCo şirkəti və “EKA” Yaş Hərəkatının dəstəyi ilə şagirdlərdə su ehtiyatlarına məsuliyyətlə yanaşmanı formalaşdırmaq, eləcə də gündəlik həyatlarında suyu qoruyub saxlamağı öyrənmək məqsədilə “Su qoruqçuları adlı Beynəlxalq ekologiya dərsinin keçiriləcəyi bildirilir.
Sabunçu rayonu 81 nömrəli tam orta məktəbin biologiya müəllimi Həsənova Rüsxarə 9 və 10 – cu siniflərdə PepsiCo şirkətinin təşəbbüsü ilə “Su qoruqçuları” adlı beynəlxalq ekodərs keçirdi.
Dərsin məqsədi şagirdlərdə bütövlüklə planetimizdəki su ehtiyyatlarına və o cümlədən öz ölkəsinə qarşı məsuliyyətli yanaşmanı formalaşdırmaq, eləcə də gündəlik həyatlarında suyu qoruyub saxlamağı öyrətmək.
“Biz də hüquqlarımızı tanıyırıq!“Uşaq hüquqları aylığı”
Bu gün sabunçu rayonu 81 № li tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Biz də hüquqlarımızı tanıyırıq!” adlı tədbir keçirilib.
Məktəbin direktoru Əli-zadə Mehriban xanım tədbiri açaraq qeyd etdi ki, hər il olduğu kimi bu il də 20 oktyabr – 20 noyabr tarixlərində BMT – nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin il dönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə məktəbimizdə maarifləndirmə işləri, rəsm müsabiqələri, sərgilər, ekskursiyalar təşkil olunub.
27 dekabr 2011 – ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin, müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.
Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Rayon Polis İdarəsinin, Zabrat qəsəbəsi üzrə nümayəndəsi, Sabunçu rayonu üzrə bir neçə məktəb direktorları, Uşaq və Gənclər üçün Sosial Reablitasiya Mərkəzinin nümayəndələri iştirak etmişlər.
“Happy Halloween”“Happy Halloween” bayramı.
“Happy Halloween” bayramı 2000 il bundan əvvəldən bu günə qədər 31 oktyabr gecə vaxtı Kanadada, İngiltərədə, Avropada qeyd olunur.
30.10.2015 – ci il tarixində Sabunçu rayonu 81 № li tam orta məktəbdə ingilis dili müəllimi Əliyeva İrina İ. 6, 7, 8 – ci sinif şagirdləri ilə bu bayramı təntənəli şəkildə keçirdilər. Bu tədbirdə şagirdlər qara qüvvələrin xüsusi geyimlərini geyərək bayramın tarixi haqqında geniş məlumat verdilər. Tədbirdə balqabaqdan hazırlanmış fiqurlar və yanan şamlar vasitəsilə qara qüvvələri dəf edirdilər.
Tədbirin sonunda məktəbin direktoru Mehriban xanım Əlizadə bu tədbiri təşkil edən müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.