1 Dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”

  Məktəbin tərbiyə işləri üzrə direktor müavini Xeyrulla Haqverdiyevin təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin fəsadları barəsində şagirdlərin maarifləndirilməsi və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə noyabrın 28-də X-XI sinif şagirdləri arasında 1 Dekabr “Ümumdünya QİÇS-lə Mübarizə Günü”nə həsr olunmuş seminar keçirildi.
 Seminarda xəstəliyə yoluxma yolları, onun simptomları və insanların xəstəlikdən qorunması barədə geniş məlumat verildi.
 Daha sonra mövzu ətrafında müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi