Bullinqə qarşı mübarizə

Noyabrın 27-də 6"A" sinfində "Bullinqə qarşı mübarizə" istiqamətində maarifləndirici söhbətlər aparıldı.
Şagirdlərə sağlam mənəvi-psixoloji və tam təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi və bu istiqamətdə müvafiq işlərin görülməsi barədə geniş məlumatlar verildi.
"Mənimlə danış" sosial kampaniyası çərçivəsində hazırlanmış maarifləndirici videoçarx nümayiş olundu, müzakirələr aparıldı.
Əsas məqsəd şagirdlərin hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.