"Bullinqə qarşı mübarizə" mövzusunda qrup işi

Noyabrın 26-da 11"A" sinfində məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Zülfiyyə Şükürovanın təşkilatçılığı ilə bullinq davranışı istiqamətində "Problem ağacı"nın qrup şəklində təqdimat işi aparıldı. Şagirdlər tərəfindən bullinqi yarada biləcək səbəblər araşdırıldı və bu səbəblərin nəticələri təhlil edildi.
Sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində görülə biləcək işlərin vacibliyi bir daha vurğulandı.