Pedaqoji şuranın iclası keçirilib

  Noyabrın 26-da 2019/2020-ci tədris ilinin növbəti pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə start verilən “Mənimlə danış” sosial kampaniyası çərçivəsində hazırlanmış xüsusi maarifləndirici videoçarx nümayiş etdirildi.Qeyd edildi ki, məktəblərdə fiziki və psixoloji zorakılıq halları ilə qarşılaşan şagirdlərlə bağlı hazırlanan bu videoçarx həmin məsələlərin köklü səbəblərini göstərir.
 Şagirdlərin bullinqə məruz qalmaması istiqamətində görülə biləcək maarifləndirmə işlərinin təhlili aparıldı.
 Eyni zamanda tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi işlərinin aparılması, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və metodlar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin düzgün qurulması və digər mövzulara toxunuldu, müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi