Mən bullinqə qarşıyam

Noyabrın 25-də 5"B" sinfində "Mən bullinqə qarşıyam" adlı "Dəyirmi masa" keçirildi. Dəyirmi masada qeyd olundu ki, son zamanlar müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs, ya da şahid kimi. Bu, həm onlayn, həm də reallıqda baş verir. Bütün bunlar isə uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir, dərin travma izləri buraxır.
Eyni zamanda vurğulandı ki, bullinqin qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.
Şagirdlərlə bullinqə qarşı mübarizə yolları araşdırıldı, müzakirələr aparıldı.