"Bullinq ilə mübarizə" mövzusunda maarifləndirici seminar

Noyabrın 22-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Xeyrulla Haqverdiyev və Uşaq Birliyi Təşkilatı rəhbəri Zülfiyyə Şükürovanın təşkilatçılığı ilə V-VII sinif şagirdləri arasında "Bullinq ilə mübarizə" mövzusunda maarifləndirici seminar keçirildi.
Seminarda qeyd edildi ki, məktəbdə tez-tez rast gəlinən hadisələrdən biri də bullinqdir. Yəni məktəb cəmiyyətinin ən zəif üzvünün aqressiv şəkildə təqib edilməsidir. Bullinqin səbəbləri çox fərqli ola bilir: bullinqi həyata keçirənlər bullinqə məruz qalanın valideynlərindən, maddi durumundan, yaxşı oxumasından, danışıq tərzindən, geyimindən və ya hətta saç düzümündən belə xoşlanmaya bilər. Bulinqin əsas səbəbi bullinqi həyata keçirənin həsədi və ya onun zəif olanın hesabına özünü təsdiq etmək istəyidir.
Sonda şagirdlərlə müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı.
Seminarı təşkil etməkdə əsas məqsəd ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.