Qarakənd faciəsinə həsr olunmuş sinif təşkilat saatları keçirilib

  Məktəbin ibtidai sinif müəllimləri Elza Abdullayeva, Nuranə İslamova, Lalə İbadovanın 2"A", 2"B" və 2"C" siniflərində Qarakənd faciəsinin 28-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib.
  Sinif saatlarında Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən biri olan Qarakənd faciəsindən söhbət açıldı.
  Qeyd edildi ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” vertolyotunun ermənilər tərəfindən vurulmuşdur. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi