17 Noyabr-Milli Dirçəliş Gününə həsr edilmiş "Dəyirmi masa" keçirildi

Noyabrın 14-də 17 Noyabr-Milli Dirçəliş Gününə həsr edilmiş "Dəyirmi masa" keçirildi.
Qeyd edildi ki, milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcının əsası milli dirçəlişin yaranmasından keçmişdir. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.
Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.