"Xaççiçəklilər və gülçiçəklilər" mövzusunda nümunəvi dərs keçirildi

Noyabrın 13-də kimya-biologiya aylığı çərçivəsində məktəbin biologiya müəllimi Əliyev Elşad Xanbala oğlunun 7"B" sinfində "Xaççiçəklilər və gülçiçəklilər" mövzusunda nümunəvi dərsi keçirildi.
Nümunəvi dərsin keçirilməsində əsas məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Qeyd edək ki, şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Noyabr ayı məktəbdə kimya-biologiya aylığı elan olunmuşdur.
Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur.