"Bayraq milli qürurumuzdur" adlı tədbir keçirildi

  Noyabrın 8-də 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr edilmiş "Bayraq milli qürurumuzdur" adlı tədbir keçirildi.
  Tədbirdə vurğulandı ki, Dövlət bayrağı Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmiş və azadlıq məfkurəsinin, milli-mənəvi dəyərlər və ümumbəşəri idealların sadiqliyinin nümunəsidir.
  Şagirdlər xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımıza həsr edilmiş şeirlər söylədilər, mahnılar ifa etdilər.

  Tədbirin sonunda məktəbin direktoru Murad Zeynalov  "Bayraq qürurumdur" adlı şeir müsabiqəsi, "Üçrəngli bayrağım" adlı rəsm və əl işləri müsabiqəsində fərqlənən şagirdləri diplom və təşəkkürnamələrlə təltif etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi