“Bayrağımız baş tacımız” adlı sinif təşkilat saatı keçirildi

  Noyabrın 8-də məktəbin ibtidai sinif müəllimi İbadova Lalə Rəsul qızının 2"B" sinfində 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.
Sinif saatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunduğu barədə ətraflı məlumat verildi.
Qeyd edildi ki, dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.
Şagirdlər bayrağımıza həsr olunmuş şeirlər söylədilər, mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi