"Mənim bayrağım" adlı ədəbi-bədii kompozisiya keçirildi

 Noyabrın 7-də məktəbin ibtidai sinif müəllimi Abdullayeva Elza Sadıq qızının təşkilatçılığı və 2"A" sinif şagirdlərinin iştirakı ilə "Mənim bayrağım" adlı ədəbi-bədii kompozisiya keçirildi.
 Tədbirdə qeyd edildi ki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Ona görə də özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir.
 Şagirdlər xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımıza həsr edilmiş şeirlər söylədilər, mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi