“Qarabağda dalğalan, bayrağım” adlı sinif təşkilat saatı keçirildi

Noyabrın 7-də məktəbin ibtidai sinif müəllimi Babayeva Fəridə Rüstəm qızının təşkilatçılığı ilə 0"B" məktəbəqədər hazırlıq qrupunda Dövlət Bayrağı Gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.
Sinif saatında dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd edildi. Hazırlıq qrupunda təhsil alan 5 yaşlılar vətənpərvərliyə həsr edilmiş şeirlər söylədilər, Azərbaycan bayrağına olan sevgilərini nümayiş etdirdilər.
Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən geri çəkilməyəcək!