Bir kərə yüksələn bayraq bir daha enməz!

Noyabrın 7-də məktəbin ibtidai sinif müəllimi Xaməmmədova Nərgiz Alməmməd qızının rəhbərliyi ilə 0"A" məktəbəqədər hazırlıq qrupunda 9 Noyabr-Dövlət Bayrağı Gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.
Sinif saatında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda "Dövlət Bayrağı Günü"nün təsis edilməsi barədə ətraflı məlumat verildi və həmin tarixdən hər il noyabrın 9-u "Dövlət Bayrağı Günü" kimi qeyd olunduğu bildirildi.
Qeyd edildi ki, dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.
Balaca fidanlar bayrağımıza həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.