Kitabxana ilə tanışlıq

Məktəbin ibtidai sinif müəllimi Səfərova Kəmalə Gülməməd qızının rəhbərliyi ilə 1"A" sinfinin kitabxana ilə ilk tanışlığı oldu.
Kitabxana müdiri Yeganə Quliyeva şagirdlərə kitabxanadan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verdi.
Qeyd etdi ki, uşaqlarda təfəkkürün və digər şəxsi keyfiyyətlərin formalaşması məhz mütaliə prosesi zamanı baş verir. Kitabxanalarda mütaliə sistemli və ardıcıl təşkil edilməlidir. Bu da onların təfəkkür tərzinin formalaşmasına müsbət təsir göstərir. Uşaq təfəkkürü hələ tam formalaşmamış olduğundan onların mütaliəsinə nəzarət, rəhbərlik etmək, istiqamətləndirmək zəruridir.
Məqsəd şagirdlərə kitabxananı sevdirmək və kitabxananın fondunda olan kitablarla tanış etməkdir.