9 Noyabr-Dövlət Bayrağı Gününə həsr edilmiş əl işləri

Şagirdlər Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımıza hörmət, sevgi əlaməti olaraq əl işləri hazırladılar.
Əsas məqsəd şagirdlərdə yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlara vətənə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hislərini aşılamaq, onlarda bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.
Şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil edilən belə tədbirlərdə məktəblilər dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu bir daha dərk etmiş olurlar.
Dövlət Bayrağı Günü münasibətilə müxtəlif bilik yarışları, müsabiqələr, dəyirmi masalar, təşkilat saatları keçirilir, divar qəzetləri hazırlanır.