"Kitablar mənim dostumdur"

Məktəbin ibtidai sinif müəllimi İsmayılova Lamiyə Sərvər qızının rəhbərliyi ilə 1"B" sinif şagirdlərinin kitabxana ilə ilk tanışlığı oldu.
Kitabxana müdiri Yeganə Quliyeva şagirdlərə kitabxanadan istifadə qaydaları ilə bağlı ətraflı məlumat verdi. Qeyd etdi ki, uşaqlarda təfəkkürün və digər şəxsi keyfiyyətlərin formalaşması məhz mütaliə zamanı baş verir. Kitabxanalarda mütaliə sistemli və ardıcıl təşkil edilməlidir. Bu onların təfəkkür tərzinin formalaşmasına müsbət təsir göstərir.
Uşaq təfəkkürü hələ tam formalaşmamış olduğundan onların mütaliəsinə nəzarət, rəhbərlik etmək, istiqamətləndirmək zəruridir.
Məqsəd şagirdlərə kitabxananı sevdirmək və kitabxana fondunda olan kitablarla tanış etməkdir.