"Bayraq qürurumdur" adlı şeir müsabiqəsi yekunlaşdı

  Noyabrın 5-də I-IV sinif şagirdlərinin iştirakı ilə 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş "Bayraq qürurumdur" adlı şeir müsabiqəsi yekunlaşdı. Müsabiqəni keçirtməkdə əsas məqsəd şagirdlərdə vətənpərvərlik, milli mənəvi dəyərlərə hörmət hissinin aşılanması, dövlət rəmzləri və atributlarımızın təbliği, mütaliə etmək vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır.

 Bayrağımızın yaranma tarixini, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirlərini və Azərbaycan bayrağının şanlı tarixini şagirdlərə mənimsətmək üçün müxtəlif yarışlar, müsabiqələr, tədbirlər keçirilir. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. Məktəblilərin milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil edilən belə tədbirlərdə dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu bir daha dərk etmiş olurlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi