"Üçrəngli bayrağım" adlı rəsm müsabiqəsi təşkil edildi

Noyabrın 5-də məktəbin V-IX sinif şagirdləri arasında 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş "Üçrəngli bayrağım" adlı rəsm müsabiqəsi təşkil edildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, yaradıcılıq qabiliyyətinin üzə çıxarılması və inkişaf etdirilməsi, eləcə də asudə vaxtının səmərəli təşkil olunmasıdır.
Şagirdlərin milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil edilən belə tədbirlərdə dövlət bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu bir daha dərk etmiş olurlar. Dövlət Bayrağı Günü münasibətilə müxtəlif bilik yarışları, müsabiqələr, dəyirmi masalar, təşkilat saatları keçirilir, divar qəzetləri hazırlanır.