Divar qəzetləri hazırlanır

Məktəblilərin milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və vətənə məhəbbət ruhunda düzgün tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil edilən fəaliyyətlərdə şagirdlər böyük həvəslə iştirak edirlər. Azərbaycanın dövlət bayramları və əlamətdar günlərində olduğu kimi şagirdlər Bayraq Günü münasibətilə divar qəzetləri hazırlayır, dövlət bayrağına olan sevgilərini Ramiz Qusarçaylının Azərbaycan bayrağı şeirində ifadə edildiyi kimi ifadə edirlər:
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı !