Maarifləndirici mühazirələr davam edir

  Noyabrın 5-də məktəbin biologiya müəllimi Elşad Əliyevin təşkilatçılığı ilə 6"B" sinfində plastik qablaşdırma materiallarından istifadənin zərərləri haqqında  maarifləndirici mühazirə keçirildi.

  Plastik qablaşdırma tullantılarının ətraf mühitə və sağlamlığa mənfi təsirinə dair məlumatlar verildi. Qeyd edildi ki, istifadə qaydaları pozulmuş bu məhsulların təsiri dərhal hiss edilmir. Çünki onlar orqanizmə təsirini tədricən, yavaş-yavaş göstərir. İnsan orqanizmində bioloji mühitdə dəyişikliklər törədir, bədənin reaksiyası pozulur. Bu da insanlarda ürək-damar sistemində çatışmazlıqlar, tənəffüs sistemi, allergik və s. xəstəliklər, hətta bəzən xərçəngin yaranmasına səbəb olur. Uşaqların və qocaların orqanizmi zəif olduğundan onlara daha çox təsir edir. Sonda müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi