"Bayraq qürurumdur" adlı şeir müsabiqəsinə start verildi

Noyabrın 4-də I-IV sinif şagirdlərinin iştirakı ilə 9 Noyabr - Dövlət Bayraq Gününə həsr edilmiş "Bayraq qürurumdur" adlı şeir müsabiqəsinə start verildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik, milli və mənəvi dəyərlərə hörmət hissinin aşılanması, dövlət rəmzləri və atributlarımızın təbliği, mütaliə etmək vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasıdır. 2 mərhələdən ibarət olan müsabiqənin sonunda fərqlənən şagirdlər Dövlət Bayrağı Gününə həsr edilmiş yekun tədbirdə diplom və təşəkkürnamələrlə təltif ediləcəkdir.
Dövlət Bayrağı Günü münasibətilə məktəbin fəaliyyət planına əsasən silsilə tədbirlər keçirilməkdədir.