Rəsm müsabiqəsində birinci yer

Noyabrın 1-də Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Sabunçu rayonu ümumtəhsil müəssisələri arasında keçirilən "Mənim bayrağım" adlı rəsm müsabiqəsində  8"A" sinif şagirdi Bədəlov Əli Elşən oğlu birinci yerə layiq görülərək diplomla təltif edildi. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət hissinin aşılanması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, onlarda vətənpərvərlik hissinin yüksəldilməsidir.

 Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına inanırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi