Birincilər əlifbanı əyləncəli öyrənir

  Oktyabrın 31-də məktəbin ibtidai sinif müəllimi Səfərova Kəmalə Gülməməd qızı rəhbərlik etdiyi 1"A" sinfində "Maraqlı dərs" müsabiqəsi çərçivəsində növbəti maraqlı dərsini keçdi.
 Şagirdlər dərs zamanı doğma əlifbanı öyrətməyə kömək edən əyləncəli oyun videoçarxını izlədilər. Sonra interaktiv lövhə vasitəsilə bacarıq və biliklərini nümayiş etdirdilər, ı hərfini və ı səsini mənimsədilər.

 Müsabiqənin keçirilməsində əsas məqsəd müəllimlər arasında qabaqcıl təcrübənin yayılması, şagirdlərin tədris edilən bütün fənlərə olan meyil və marağının artırılmasıdır. 2018/2019-cu tədris ilindən start verilən müsabiqə 2019/2020-ci tədris ilində də davam etdiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi