İngilis dili dərsləri dinlənilir

Oktyabrın 31-də ingilis dili aylığı çərçivəsində məktəbin ingilis dili müəllimi Məmmədova Şahnaz Məmmədhüseyn qızının rəhbərliyi ilə 6a sinfində nümunəvi dərs keçirildi.
Nümunəvi dərsin keçirilməsində əsas məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması, fənn müəllimlərinin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünə inamın artırılması, müəllimlərin yaradıcı işə meyl və marağının artırılması məqsədilə nümunəvi dərslər təşkil olunur.