"İngilis dilində danışırıq" adlı tədbir keçirildi

Oktyabrın 30-da ingilis dili aylığı çərçivəsində "İngilis dilində danışırıq" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər ingilis dilində sərbəst şeirlər söylədilər və mahnılar ifa etdilər. İngilis dilində göstərilən səhnəciklər şagirdlərin böyük marağına səbəb oldu.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin ingilis dilində danışıq bacarıqlarının nümayiş etdirilməsi, onlarda xarici dillərin öyrənilməsinə marağın artırılmasıdır. İngilis dilini bilmək müasir dövrün əsas tələblərindən biridir. Demək olar ki, hamı ingilis dilini öyrənmək istəyir, ancaq öyrənmək üçün ən başlıca səbəb öyrənənin motivasiyalı olmasıdır. Şagirdlərdə xarici dilləri öyrənməyə motivasiya yaratmaq ən başlıca hədəflərdən biridir. İl ərzində fənn aylıqları çərçivəsində şagirdlərin bütün fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsini artırmaq üçün bilik yarışları, şeir müsabiqələri, rəsm müsabiqələri, dəyirmi masalar və digər tədbirlər keçirilir.