Uşaqların internet təhlükəsizliyi

Oktyabrın 30-da məktəbin informatika müəllimi Orucova Ayşən Yaşar qızının təşkilatçılığı ilə "Uşaq hüquqları" aylığı çərçivəsində "Uşaqların internet təhlükəsizliyi" mövzusunda "Dəyirmi masa" keçirildi.
"Dəyirmi masa"da şagirdlərə internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə, o cümlədən, sosial şəbəkələrdən istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etməli olduqları, çətin və yaddaqalan şifrə yaratmağın yolları barədə tövsiyələr verildi.
Sonda mövzu üzrə şagirdləri maraqlandıran suallar cavablandırdı.