"Narkomaniyaya yox deyək" adlı maarifləndirmə tədbiri

 Oktyabrın 28-də Sabunçu Rayon Polis İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin və 78 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən “Narkomaniyaya yox deyək” adlı öyrədici və maarifləndirici tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etdi.
 Tədbirdə məktəbin direktoru Murad Zeynalov, İctimai Təhlükəsizlik İdarəsinin YYÇPİTB-nin rəisi, polis polkovnik-leytenanatı Məryəm Ömərova, Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Pərviz Məmmədov, Sabunçu rayon Polis İdarəsinin YYÇPİTB-nin rəisi, polis mayoru Əli Babayev iştirak edirdi. Tədbirdə iştirak edən qonaqlar narkomaniyanın yayılması, fəsadları, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizə ilə bağlı çıxışlar etdi. Sonda şagirdləri və tədbir iştirakçılarını maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi