V siniflərdə diaqnostik qiymətləndirmə keçirildi

Oktyabrın 26-da Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən onların zəruri ehtiyaclarının müəyyən edilməsi, problemlərin həlli istiqamətində ciddi tədbirlərin görülməsi, Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə təlim nəticələrinin artırılması, məktəbdə özünüqiymətləndirmənin inkişafı məqsədilə V sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə diaqnostik imtahan təşkil edildi. Qiymətləndirmə müddəti 180 dəqiqə olmaqla keçirildi.
Şagirdlərin bilik və bacarıqlara yiyələnmə səviyyəsinin ölçülməsi və inkişaf dinamikasını izləmək məqsədilə mütəmadi olaraq I-XI siniflərdə məktəbdaxili monitorinqlər təşkil edilir.