"Mən və hüquqlarım" mövzusunda rəsm müsabiqəsi keçirildi

Oktyabrın 25-də "Uşaq hüquqları" aylığı çərçivəsində "Mən və hüquqlarım" mövzusunda rəsm müsabiqəsi keçirildi. Məqsəd cəmiyyətdə uşaqlara qarşı hüquq pozuntularının, onlara qarşı olan zorakılıq hallarının aradan qaldırılması, onların öz hüquq və azadlıqları barədə ətraflı maarifləndirilməsidir.
Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və psixoloji xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Ölkəmiz uşaqlarla bağlı təhsil, səhiyyə və digər sosial məsələlər sahəsində (əlil uşaqlar, küçə uşaqları, uşaqlara qarşı zorakılığın, erkən evliliyin aradan qaldırılması, uşaq ölümü, məktəbəqədər təhsil və s.) YUNİSEF ilə yaxından əməkdşalıq edir.