"Hüquqlarımızı bilirikmi?" mövzusunda dəyirmi masa keçirildi

Oktyabrın 24-də "Hüquqlarımızı bilirikmi?" mövzusunda dəyirmi masa keçirildi.
Uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, uşaqların yüksək mənəvi keyfiyyətlər – ləyaqət, azadlıq, vətənpərvərlik, həmrəylik, bərabərlik ruhunda tərbiyə olunmasının vacibliyi, onların yaşaması və inkişafı üçün zəruri olan şəxsi toxunulmazlıq, iqtisadi, mədəni, sosial hüquqlara malik olması istiqamətində dövlətin və valideynlərin qarşısında duran əsas vəzifələrdən söhbət açıldı.
Eyni zamanda uşaqların cəmiyyətdə davranış qaydalarına əməl etməsi, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olması, biliklərə yiyələnməsi, özünü faydalı əməyə hazırlaması, valideynlərinə, xalqına, onun adət-ənənələrinə hörmətlə yanaşması, ətraf mühiti, tarix və mədəniyyət abidələrini qoruması və digər əsas vəzifələrindən bəhs edildi.
Şagirdləri maraqlandıran suallar cavablandırıldı.