"Uşaq hüquqları necə qorunur?" mövzusunda söhbətlər aparılır

Oktyabrın 24-də məktəbin tarix müəllimi Şərifova Sevda Xalid qızının rəhbərliyi ilə 6a sinfində "Uşaq hüquqları necə qorunur?" mövzusunda söhbətlər aparıldı.
Qeyd edildi ki, BMT-nin “Uşaq Hüquqları haqqında Konvensiyası”na və “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ölkəmizdə uşaqların hüquqları qorunur, gənc nəslin sosial müdafiəsi və təhlükəsizliyini təmin olunması üçün bütün tədbirlər görülür və onların yaradıcı qabiliyyətlərinin üzə çıxarılması və inkişafından ötrü əlverişli şərait yaradılır.
"Uşaq hüquqları" aylığının keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.