"Have a nice holiday" mövzusunda nümunəvi dərs keçirildi

Oktyabrın 23-də ingilis dili aylığı çərçivəsində məktəbin ingilis dili müəllimi Mustafayeva Cəmilə Baxşəli qızının rəhbərliyi ilə 6"B" sinfində "Have a nice holiday" mövzusunda nümunəvi dərs keçirildi.
Nümunəvi dərsin keçirilməsində əsas məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.