"Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirildi

Azərbaycan tarixinin şanlı səhifələrindən olan 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilmiş "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin tarixi haqqında geniş məlumat verildi.
Qeyd edildi ki, ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik bacarığı sayəsində müstəqil Azərbaycan Respublikası bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilmiş, beynəlxalq miqyasda nüfuzlu dövlətlər sırasına qoşulmuşdur. Bütün mənalı və şərəfli ömrü boyu “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” düşüncəsi ilə çarpışan xalqımızın dahi oğlu Heydər Əliyev müstəqilliyin ilk illərində haqlı olaraq deyirdi: “Müstəqilliyi qazanmaq asan, onu qorumaq isə çox çətindir”.
Bildirildi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq ideyaları cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Tədbirdə şagirdlər müstəqilliyi, azadlığı əks etdirən şeirlər, mahnılar ifa etdilər.
Yekunda məktəbin direktoru Murad Zeynalov 18 Oktyabr-Müstəqillik gününə həsr edilmiş "Müstəqil Azərbaycanım" adlı şeir müsabiqəsində fərqlənən şagirdləri diplomlarla təltif etdi, şagirdlərə uğurlar arzuladı.