18 Oktyabr-Müstəqillik gününə həsr edilmiş sinif təşkilat saatları keçirilir

Məktəbin ibtidai sinif müəllimləri: Abdullayeva Elza Sadiq, İslamova Nuranə Vahid və İbadova Lalə Rəsul qızının təşkilatçılığı ilə 2a, 2b və 2c siniflərində sinif təşkilat saatları keçirildi.
Qeyd edildi ki, milli dövlətçilik rəmzlərinin: dövlət himninin, dövlət bayrağının, dövlət gerbinin, dövlət dilinin daim uca tutulması hər bir vətəndaşın vətəndaşlıq borcudur. Biz bir azərbaycanli kimi dövlət rəmzlərini tanımalı və layiqli vətəndaş olmağı bacarmalıyıq. Yüksək milli-mənəvi dəyərlərə və dövlət rəmzlərinə malik olmaq dövlət müstəqilliyinin real nəticəsi və təntənəsidir.
Azərbaycan Respublikası müstəqil dövlət kimi özünəməxsus inkişaf modeli, siyasi-iqtisadi və mədəni yüksəliş konsepsiyası əsasında irəliyə doğru tarixi yolunu davam etdirməkdədir.