"Müstəqilliyimiz milli sərvətimizdir"adlı sinif təşkilat saatı keçirildi

Oktyabrın 18-də məktəbin ibtidai sinif müəllimi Xaməmmədova Nərgiz Alməmməd qızının rəhbərliyi ilə 4a sinfində Müstəqillik gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
Təşkilat saatında qeyd edildi ki, Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid vermişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan etmişdir. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış, müstəqil dövlətin təsisatları yaradılmışdır. Təəssüf ki, cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərmişdir. Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını yaşatmış, XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur.