Sinif təşkilat saatları 18 Oktyabr-Müstəqillik gününə həsr edilir

Məktəbin ibtidai sinif müəllimi Səfərova Kəmalə Gülməməd qızının rəhbərliyi ilə 1a sinfində "Müstəqilliyimiz əbədidir" mövzusunda sinif təşkilat saatı keçirildi.
Şagirdlərə zəngin tarixi keçmişə malik Azərbaycan xalqının azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazdığı haqqında məlumat verildi.
Müstəqilliyi əks etdirən təqdimatlar nümayiş olundu, şeirlər, mahnılar səsləndi.