18 Oktyabr-Müstəqillik gününə həsr edilmiş "Müstəqil Azərbaycanım" adlı şeir müsabiqəsinin yekun mərhələsi keçirildi

Oktyabrın 16-da V-IX sinif şagirdləri arasında vətənpərvərlik, milli mənəvi dəyərlərə hörmət hissinin aşılanması, mütaliə etmək vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 18 Oktyabr - Müstəqillik Gününə həsr edilmiş "Müstəqil Azərbaycanım" adlı şeir müsabiqəsinin yekun mərhələsi keçirildi.
Müsabiqədə iştirak edən şagirdlər azadlığı, müstəqilliyi, Azərbaycanı vəsf edən şeirlər söylədilər. Hər bir iştirakçının çıxışı münsiflər heyəti tərəfindən dəyərləndirildi və müsabiqənin sonunda fərqlənən şagirdlər diplomlarla təltif edildi.
Keçiriliən tədbirlərdə şagirdlərə zəngin tarixi keçmişə malik Azərbaycan xalqının azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçməsi, qəhrəmanlıq salnaməsi yazması haqqında məlumat verilir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik bacarığı sayəsində müstəqil Azərbaycan Respublikası bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilmiş, beynəlxalq miqyasda nüfuzlu dövlətlər sırasında mühim yer tutmuşdur.