Tərbiyə işləri üzrə direktor müavini kollektivə təqdim edildi

 Oktyabrın 14-də pedaqoji heyət ilə növbəti iclas keçirildi. Məktəbin direktoru Murad Zeynalov ilk öncə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə yeni təyin olunan Haqverdiyev Xeyrulla Fizuli oğlunu pedaqoji heyətə təqdim etdi, ona işlərində uğurlar arzuladı. Məktəbin son dövrlərdə qazandığı uğurlar, şagirdlərin təlim-tərbiyəsi istiqamətində aparılan işlər, qarşıya qoyulan hədəflər müzakirə edildi. 2019-2020-ci tədris ilində məktəbin fəaliyyət planı üzrə müəyyən edilmiş istiqamətlər üzrə cavabdeh şəxslərə tapşırıqlar verildi.
 Daha sonra "Kiçik Akademiya"nın fəaliyyəti çərçivəsində görüləcək işlər haqqında məlumat verildi, müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi