18 Oktyabr-Müstəqillik gününə həsr edilmiş "Müstəqil Azərbaycanım" adlı şeir müsabiqəsi keçirildi

Oktyabrın 14-də V-IX sinif şagirdləri arasında vətənpərvərlik, milli mənəvi dəyərlərə hörmət hissinin aşılanması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 18 Oktyabr - Müstəqillik Gününə həsr edilmiş "Müstəqil Azərbaycanım" adlı şeir müsabiqəsi keçirildi.
Keçiriliən tədbirlərdə şagirdlərə zəngin tarixi keçmişə malik Azərbaycan xalqının azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçməsi, qəhrəmanlıq salnaməsi yazması haqqında məlumat verilir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik bacarığı sayəsində müstəqil Azərbaycan Respublikası bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilmiş, beynəlxalq miqyasda nüfuzlu dövlətlər sırasında mühim yer tutmuşdur.