Şagirdlərin asudə vaxtları səmərəli təşkil edilir

Məktəbin ibtidai sinif müəllimləri Səfərova Kəmalə Gülməməd qızı və Xaməmmədova Nərgiz Alməmməd qızının təşkilatçılığı ilə 1a və 4a sinif şagirdləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında hazırlanan "Qızıl balıq" tamaşasını izlədilər.
Gözütoxluğu, sədaqəti təbliğ edən bu səhnə əsəri şagirdlərin böyük marağına səbəb oldu.