Sinif təşkilat saatları 5 Oktyabr-Beynəlxalq Müəllimlər gününə həsr edilir

Məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın təşkilatçılığı ilə 2a sinfində 5 Oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi. Tədbirdə qeyd edildi ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir.