VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası

Məktəbin ibtidai sinif müəllimləri Səfərova Kəmalə Gülməməd qızı və Xaməmmədova Nərgiz Alməmməd qızının təşkilatçılığı ilə 1a və 4a sinifləri böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etdilər.
Şagirdlər sərgi-yarmarka zamanı yerli və xarici ölkələrin nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və digər qurumlar tərəfindən sərgilənmiş nəşrlərlə, tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə bir çox kitabların təqdimatı ilə tanış oldular.