"Zirvə” intellektual oyunu

Sentyabrın 29-da Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə "Zirvə "intellektual oyunu təşkil edildi. 6 nəfərdən ibarət 12 komanda arasında məktəbin "Uğur" komandası 5 mərhələnin sonunda 21 balla III yerə layiq görüldü. Şagirdlərin dünyagörüşünün formalaşması istiqamətində davamlı olaraq bilik yarışları, ekskursiyalar, müxtəlif tədbirlər təşkil edilir.
Şagirdlərimizə hər zaman uğurlarının bol olmasını diləyirik!