Şagirdlər təltif edilir

2018/2019-cu tədris ilində dərsə davamiyyəti, geyim forması, yoldaşlarına, müəllimlərə münasibəti, ictimai tədbirlərdə fəallığı ilə fərqlənərək "İntizamlı şagird" nominasiyasında qalib olan V-XI sinif şagirdləri və Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən yüksək nəticə göstərən IX sinif şagirdləri fəxri fərman və təşəkkürnamələrlə təltif edildi.